Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az-ın oxu.az-a istinadla məlumatına görə, hadisə Xaçmaz-Xudat yolunda qeydə alınıb. Xaçmaz rayon sakini Hüseyn Elsevər oğlu Məmmədov özünə məxsus VAZ-2106 markalı 27-BT-763 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yolun kənarındakı maneəyə dəyərək körpüdən Qudyalçaya aşıb. Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.