“Barselona”nın müdafiəçisi Jerard Martin Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2026-dakı çıxışını yüksək qiymətləndirib.
Medianews.az xəbər verir ki, gənc futbolçunun sözlərinə görə, mövsüm ərzində Messinin oyunlarını izləməsə də, dünya çempionatında onun əla fiziki və oyun formasında olması diqqətini çəkib.
“Messinin kim olduğunu hamı bilir. Amma o, hər dəfə bizi yenidən təəccübləndirməyi bacarır. Vaxt fərqinə görə bütün oyunlara baxa bilmədim, lakin pley-off mərhələsini diqqətlə izləyirəm”, – deyə Martin bildirib.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın yarımfinalında İngiltərə ilə qarşılaşacaq. Görüş iyulun 15-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək.
Medianews.az