Kürdəmir rayonunda 43 yaşlı kişi kanalda boğulub.
Medianews.az oxu.az-a istinad'n xəbər verir ki, hadisə iyunun 20-də rayonun Şüşün kəndi ərazisində baş verib.
Kənd sakini 1983-cü il təvəllüdlü Rəşad Cəfərov kənd ərazisindən keçən su kanalında çimərkən boğulub.
R.Cəfərovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.