Medianews.az
Bu marşrutun hərəkət sxemi
74 baxış

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Bilgəh qəsəbəsi, Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Məhdudiyyət səbəbindən 14–16 iyul tarixlərində 172 nömrəli müntəzəm marşrutun hərəkəti Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) – Bilgəh–Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil edilir.

Bizə qoşulun