Medianews.az
KTM: "Ötən ay 88 nəfər zəhərlənib, altısı ölüb"
83 baxış

KTM: "Ötən ay 88 nəfər zəhərlənib, altısı ölüb"

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbi ilə hospitalizasiya olunub.

Medianews.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

"Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 33 nəfər dərman preparatlarından, dörd nəfər siçan dərmanından (rodentisid), 23 nəfər sirkə turşusundan, bir nəfər həlledici məhlullardan, üç nəfər yandırıcı məhlullardan, dörd nəfər allergik reaksiyalardan, üç nəfər spirtli içkidən, 15 nəfər dəm qazından, bir nəfər anafilaktik şokdan, bir nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, altı nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman, spirtli içki və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub", - deyə məlumatda bildirilib.

Bizə qoşulun