Medianews.az
Kreml Paşinyan əleyhinə 400-ə yaxın saxta video yayıb
137 baxış

Kreml Paşinyan əleyhinə 400-ə yaxın saxta video yayıb

“Putin hakimiyyəti və az qala bütün Rusiya mediası solovyovlu-simonyanlı Nikol Paşinyan əleyhinə qızğın kampaniya aparır”. Bunu Medianews.az-a media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkisi ərəfəsində Rusiya tərəfi Nikol Paşnyanın başçılıq etdiyi hökumətin əleyhinə 400-ə yaxın saxta videomaterial (çarx, çağırış, "ifşaedici" video və s.) hazırlayaraq yayıb:

“Məlumatlara görə, Paşinyana qarşı qara piar kampaniyası ilə Putin administrasiyasının Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsi məşğuldur. Bu barədə yazan “The Insider” nəşri bildirir ki, həmin qurumun fəaliyyətinə Putin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarət edir. Yəni yaramazlıq dövlət səviyyəsində aparılır".

Q.Məhərrəmlinin fikrincə, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Nikol Paşinyan effektli seçki kampaniyası aparır və reytinq cədvəlində Moskvayönlü rəqiblərini xeyli qabaqlayır.

Medianews.az

Bizə qoşulun