2026-cı il fevralın 1-nə Azərbaycanda 30 milyard manata yaxın kredit, 16,6 milyard manatdan çox əmanət rəsmiləşib, kreditlərin 22,7 milyard manatı, əmanətlərin 14,6 milyard manatı paytaxt Bakının payına düşüb.
Medianews.az hesabatı yayan Mərkəzi Banka istinadla bildirir ki, 22 bankın cəmi aktivləri 56,9 milyard manatı, cəmi öhdəlikləri 49,5 milyard manatı ötüb.
Statistik bülletenə görə, ölkədə 557,5 milyon manat problemli (ödəniş vaxtı keçmiş) kredit rəsmiləşib. 2026-cı il 524,5 milyon manatla başlamışdı.