Körpələrin qidalanma yolunda ana südündən əlavə qidaya keçid həm maraqlı, həm də bəzən çaşdırıcı mərhələdir. Körpələr ilk 6 ay yalnız ana südü ilə qidalanır. 6-cı aydan etibarən əlavə qidalara başlamaq lazımdır, amma ana südü hələ də əsas qida mənbəyi olaraq qalır. Əlavə qidalar yalnız dəstək məqsədi daşıyır.
Medianews.az əlavə qidaya başlama qaydalarını təqdim edir:
Yeni qida tək-tək və az miqdarda verilməlidir. Bir çay qaşığı ilə başlayın, tədricən artırın. Hər yeni qida ən az 2-3 gün ara ilə verilməlidir ki, allergiya və həzm problemləri müşahidə olunsun.
6-8 ay
- Tərəvəzlər: Kök, balqabaq, qabaq və kartof buxarda bişirilərək püre şəklində verilməlidir.
- Meyvələr: Alma, armud, şaftalı mövsümə uyğun püre şəklində təqdim edilə bilər.
- Mərci şorbası: İncə püre şəklində, 7-ci aydan etibarən 2-3 dəfə çəkilmiş ət əlavə oluna bilər.
- Ev qatığı: Probiyotiklə zəngin, kalsium və protein təmin edir.
- Duzsuz pendir
8-12 ay
- Yumurta sarısı: Yaxşı bişmiş, 1/8 miqdarında başlayaraq artırılmalıdır. Yumurta ağını 1 yaşdan sonra vermək tövsiyə olunur.
- Ət: Yağsız toyuq və ya quzu əti iki dəfə çəkilmiş şəkildə tərəvəz pürelərinə əlavə edilməlidir.
- Zeytun yağı: Püre və şorbalarla bişirdikdən sonra əlavə edildikdə həzmi asanlaşdırır və vitaminlərin mənimsənilməsini artırır.
Diqqət ediləsi məqamlar
- 1 yaşdan əvvəl bal, inək südü, duz və şəkər qətiyyən verilmir.
- Boğulma təhlükəsi yarada biləcək qidalar (qoz-fındıq, üzüm, bişməmiş kök) və sərt qidalar körpəyə verilmir.
Medianews.az