Medianews.az
“Kontakt” mağazasından 100 min manat oğurlandı – HADİSƏ ANI –
78 baxış

“Kontakt” mağazasından 100 min manat oğurlandı – HADİSƏ ANI – VİDEO

Ölkənin böyük riteyl şəbəkələrindən olan “Kontakt”da müəmmalı hadisə baş verib. Mağazadan içərisində 100 000 AZN pul olduğu iddia edilən çamadan naməlum şəxs tərəfindən aparılıb.

Sosial şəbəkədə yayılan görüntülərdə gənc bir oğlanın bir müddət stendin ətrafında dolandığı, əlverişli məqam yaranan kimi isə çamadanı götürərək sürətlə hadisə yerindən uzaqlaşdığı əks olunub.

İddialara görə, çamadan “Qoşa seç, 100 000 AZN-dək apar” kampaniyasına görə elə mağazada – kampaniya stendinin yanında sərgilənirdi. Hələlik hadisənin təfərrüatı və çamadanı aparan şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.

Mağazanın daxili təhlükəsizlik kameralarından sızan digər görüntülərdə isə mühafizə xidmətinin hadisə anını təhlil etdiyi eşidilir.

Hadisə ilə bağlı videogörüntüləri sizinlə paylaşırıq:

/oxu.az

Bizə qoşulun