Medianews.az
Klub turnirlərində neçə komanda qalır?
110 baxış

Klub turnirlərində neçə komanda qalır?

UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə qurumun 19 üzvünün 48 komandası qalır: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 16 komanda 1/8 finaldadır.

Medianews.az bildirir ki, İngiltərə turnirlərdə 9, İspaniya 6, Almaniya 5, İtaliya və Fransa 4, Portuqaliya 3, Türkiyə, Çexiya, Yunanıstan və Polşa 2, Niderland, Belçika, Danimarka, Norveç, Kipr, Xorvatiya, Macarıstan, Ukrayna və Sloveniya 1 komanda ilə təmsil olunur.

Avropa Liqasının finalı mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.

55 üzvü olan UEFA-nın klub reytinqinə İngiltərə başçılıq edir. Azərbaycan 27-cidir.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Azərbaycan bu mövsümü 5,812 əmsalla başa vurub. Çempionlar Liqasına ikinci mərhələdən başlayan “Qarabağ” 1/16 finala qədər irəliləyib, “Sabah” əvvəl Avropa Liqasının birinci raundundan, sonra Konfrans Liqasının üçüncü raundundan ələnib, “Zirə” Konfrans Liqasında elə ilk sınaqda ilişib, “Araz-Naxçıvan” isə bu turnirdə bir mərhələ adlaya bilib.

Medianews.az

Bizə qoşulun