Diyetoloq Marian Qarsiya bildirib ki, bir çox insan kivini qabıqsız yeyir. Lakin qabıq meyvənin ən faydalı hissələrindən biridir.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kivini qabığı ilə yemək orqanizmə 50% daha çox lif, 32% daha çox fol turşusu və 34% daha çox E vitamini verir.
Bundan əlavə, qabıq antioksidantlarla zəngindir və hüceyrələri zədələrdən qorumağa kömək edir.
Medianews.az