Kıvanç Tatlıtuğ ilə həyat yoldaşı Başak Dizer Tatlıtuğun evliliyində böhran yaşandığı iddia olunur.
Medianews.az Musavat.com-a istinadən bildirir ki, müğənni və maqazin yazarı Onur Akay cütlüyün boşanma qərarı verdiyi barədə iddia səsləndirib.
O bildirib ki, Başak Dizer Tatlıtuğ bir müddət tək qalmaq üçün Bodruma yollanıb.
Akay sosial şəbəkədə paylaşdığı məlumatda onların 2023-cü ildə də oxşar bir proses yaşadıqlarını irəli sürüb. İddialar maqazin xarakterlidir və təsdiqlənməyib.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə ailə qurub. Cütlüyün Kurt Efe adını verdikləri bir oğulları var.