Medianews.az
Ketçupun gizli
84 baxış

Ketçupun gizli təhlükəsi

“Çoxlarının zərərsiz hesab etdiyi ketçup əslində ürək sağlamlığına mənfi təsir göstərir”.

Medianews.az xəbər verir ki, bunu kardioloq Aurelio Rojas deyib.

Bu sousun istehsalı zamanı ona çoxlu miqdarda şəkər və yüksək fruktozalı qarğıdalı siropu əlavə olunur.

Mütəxəssisin sözlərinə görə, ketçupun həddindən artıq istifadəsi qanda qlükoza və insulin səviyyəsinin kəskin artmasına, həmçinin xroniki iltihaba səbəb olur ki, bu da ürəyə mənfi təsir göstərir.

O, məhsuldan tamamilə imtina etməyi zəruri saymasa da, istifadəsini minimuma endirməyi tövsiyə edib.

Medianews.az

Bizə qoşulun