Medianews.az
Kefirlə arıqlamaq:
141 baxış

Kefirlə arıqlamaq: 2 həftədə 5 kilo vermək mümkündür

Kefir, probiotik tərkibi sayəsində həzm sistemini tənzimləyir və arıqlamağa kömək edən ən sağlam qidalar arasında yer alır.

Medianews.az-ın məlumatına görə, tədqiqatlar göstərir ki, gündəlik olaraq sadə kefir içmək, yağların daha sürətlə parçalanmasını təmin edir və aclıq hissini azaldır.

Kefirin faydaları

  • Yaddaşı və diqqəti gücləndirir;
  • Həzm sistemini tənzimləyir;
  • Arıqlama prosesini sürətləndirir;
  • Stresi azaldır;
  • Bağırsaqları işlətməyə kömək edir;
  • Xroniki yorğunluğa qarşı təsirlidir.

Kalorisi

1 stəkan tam yağlı sade kefir 105 kaloridir, uzun müddət tox saxladığı üçün diyet üçün uyğundur.

2 həftəlik kefir diyeti

1-ci həftə:

  • Səhər acqarına 2 stəkan sade kefir için;
  • Gün ərzində qadağan olunmuş qidalar istisna olmaqla qidaları ölçülü qəbul edin, axşam yeməyində protein və həftədə bir dəfə balıq yemək tövsiyə olunur;
  • Gün ərzində qazlı içkilərdən çəkinin, çay, qəhvə və ya soda içə bilərsiniz;
  • Axşam saat 19:00-dan sonra yemək yeməyin.

2-ci həftə:

  • Səhər acqarına yenə 2 stəkan kefir için;
  • Yeməklərdən yarım saat əvvəl 1 stəkan kefir əlavə edin;
  • Axşam salat ilə birlikdə ət və ya toyuq yeməyə davam edin;
  • Evdə kefir mayalayıb istehlak etmək daha faydalıdır.

Qadağan olunmuş qidalar

  • Qarpız, yemiş, tarhana, mərci, çörək, un məhsulları, şirniyyat, şəkər, kartof, noxud, banan.

Kefir diyeti ilə 2 həftədə təxminən 5 kilo itirmək mümkündür. Lakin hər zaman həkim məsləhəti ilə istifadə edilməlidir.

Medianews.az

 

Bizə qoşulun