Medianews.az
“Dünyagörüşü olmayan insanın televiziyada nə işi var, camaat kimdən nümunə götürsün?” -
186 baxış

“Dünyagörüşü olmayan insanın televiziyada nə işi var, camaat kimdən nümunə götürsün?” - FOTO+ÖZƏL

“Sevənlərim konsertimdən doymadılar. İnanıram ki, 3 gün də ard-arda konsert versəydim gələcəkdilər. Heç belə gözləmirdim, gözlədiyimdən də qat-qat çox gələnlər oldu. Xalqımız, millətimiz çox sağ olsun. Onların qarşısında baş əyirəm. Məni yaşadan onların sevgisidir. Özüm də pis oldum ki, kaş 3 gün konsert verərdim. Çox adam bilet tapa bilmirdi. Əksəriyyət sarayın qarşısında qaldı. Yenə də fikrim var ki, konsert verim. Yeni-yeni mahnılar yazdırıram. Faiq Sücəddinovdan gözəl mahnılar oxumuşam. Kliplər çəkdirmək istəyirəm. Arzular tükənmir. Yeniliklər gözəldir. Mən də hər zaman yenilik axtarışındayam”.

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

O daha sonra sənətin bu qədər ucuzlaşmasında sosial şəbəkələri günahlandırıb: “Hamısının da günahı internetdədir. İnternet üzə çıxandan sonra hər şey adiləşdi. Əvvəl bir televiziya var idi, ora da ən seçilmiş insanlar çıxırdı. Dünyagörüşü olmayan insanın televiziyada nə işi ola bilərdi?! O insanlar efirə çıxırdılar ki, camaat onlardan ibrət, nümunə götürsün. İndi kimdən nümunə götürsün bu camaat?! Barmaq sayı qədərdir. Xarici görünüşünə müdaxilə edərək çirkin görünən inanları efir qəbul etmirdi. Onları da hardasa geyimlə falan gözəlləşdirirdilər. İnternet də küçə deməkdir də. Küçədə də hər cür insan var. Mənəviyyatdan kasıb olan insanların əkəriyyəti sosial şəbəkədədir. Onlar dünyada puldan başqa heç nə tanımırlar. Sənətin varsa göstər. Yoxdursa dayan kənarda”.

Sevilən müğənni həmkarlarının bir hərəkətini də qınadı:

“Görün nə qədər toylar oxumuşam. O vaxt heç kim bizim əlimizə pul verməzdi. Utanardılar. Abır-həya var idi. Biz də heç götürməzdik. Biz o cür insanları görmüşük. İndi isə əksinədir. Pul əllərində meydanda oynayırlar. Kənardan heç də yaxşı görünmür”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun