Oğuz rayonunda ölüm hadisəsi baş verib.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 5-i axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisindəki mənzillərdən birində qeydə alınıb.
1977-ci il təvəllüdlü Əziz Şahvələnd oğlu Qəhrəmanov istirahət etmək üçün həmin kənddə ev kirayələyib. O, evdə olarkən qəfil halı pisləşib və ölüb. Məlumata görə, Ə.Qəhrəmanov infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.