Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində bu gün, iyulun 6-da İspaniyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, mütəxəssis, bu erkən qarşılaşmadan təəssüfləndiyini gizlətməyib:
"Çox təəssüf ki, biz məhz bu mərhələdə qarşılaşırıq. Biz demək olar ki, iki qardaş xalqıq və bu oyun möhtəşəm bir final ola bilərdi. Luis de la Fuenteyə böyük hörmətim var, komandalarımızın fəlsəfəsi bənzərdir. Həm Luis, həm də mən turnirdəki bütün səkkiz oyunu keçirmək (finala yüksəlmək) istəyirik, lakin sabah bizdən biri bu hədəfə çata bilməyəcək”.
Rəqibin gücünü yüksək qiymətləndirən Martines, qələbənin açarını da açıqlayıb:
"İspaniyaya böyük hörmətlə yanaşırıq: onların aydın oyun tərzi və əla futbolçuları var. Bizim üçün əsas məsələ topa sahib olmaq və komanda oyununu fərdi ustalıq üzərində qurmaqdır. Bura İspaniyaya qarşı ən yaxşı oyunumuzu nümayiş etdirmək və mərhələni keçmək üçün gəlmişik. Bizi möhtəşəm bir rəqiblə oyun gözləyir”.
Medianews.az