İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem DÇ-2026-nın 1/8 finalında Meksika üzərində qazanılan dramatik qələbədən (3:2) sonra azarkeşlərinə maraqlı mesaj ünvanlayıb.
Medianews.az xəbər verir ki, gərgin keçən qarşılaşmada cəmi 97 saniyə ərzində (36 və 38-ci dəqiqələrdə) dubl edərək matçın ən yaxşı oyunçusu seçilən ulduz futbolçu, qələbə sevincini sosial şəbəkə hesablarında bu sözlərlə bölüşüb:
"Azteka"da möhtəşəm qələbə! Bu komanda! Bu azarkeşlər! Müdirinizə xəbər edin ki, sabah işə çıxmayacaqsınız!" Mövcud dünya çempionatında artıq 4 qol vurub 1 məhsuldar ötürmə edən Bellingem, turnirin ən parlaq simalarından birinə çevrilib.
Qeyd edək ki, Meksikanı turnirdən kənarlaşdıran İngiltərə millisi 1/4 finalda digər bir sensasiyanın müəllifi olan – Braziliyanı 2:1 hesabı ilə məğlub edən Norveçlə qarşılaşacaq.
Medianews.az