Çiçəklənən Ermənistan Partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyanın mənzilində axtarışlar həyata keçirilir.
Bu barədə sözügedən siyasi təşkilatın mətbuat katibi İveta Tonoyan məlumat verib.
Tsarukyanın vəkillərinin mənzilə daxil olmasına icazə verilmir. İlkin məlumata görə, partiya liderinə məxsus obyektlərdə də yoxlamalar aparılır.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq və prosessual fəaliyyətlər icra edilir. Qurum tərəfindən daha sonra məsələ ilə bağlı rəsmi məlumat veriləcəyi qeyd olunub./oxu.az