Medianews.az
İştahanı azaldan bitki:
104 baxış

İştahanı azaldan bitki: Səhərlər 1-2 ədəd çeynəyin

Təzə nanə adətən ağız qoxusunun aradan qaldırılması və diş əti sağlamlığı ilə əlaqələndirilsə də, onun daha az bilinən bir faydası da var.

Medianews.az-ın məlumatına görə, mütəxəssislərə bildirilər ki, təzə nanə çeynəmək iştahanı azaltmağa kömək edir.

Bitkinin əsas aktiv maddəsi olan mentol ağız və burundakı “soyuqluq” hissinə cavabdeh reseptorları stimullaşdırır. Bu isə beyində dad və qoxu mərkəzlərinə təsir edərək qidaların cəlbediciliyini müvəqqəti azalda bilər.

Araşdırmalar göstərir ki, nanə qoxusu da güclü təsirə malikdir. Bu qoxuya məruz qalan insanların daha az kalori qəbul etdiyi müşahidə olunub.

Xüsusilə yay mövsümü yaxınlaşdıqca, təbii üsullarla iştahanı nəzarətdə saxlamaq istəyənlər üçün təzə nanə alternativ seçim kimi diqqət çəkir.

Medianews.az

Bizə qoşulun