İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında məlumat verib.
Nazirin sözlərinə görə, qərar şəxsən onun irəli sürdüyü qətnamə layihəsi əsasında qəbul olunub.
Açıqlamasında Gideon Saar qondarma "soyqırımı"nın tanınmasını "mənəvi və tarixi borc” kimi qeyd edib.
Qeyd edək ki, layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq./APA