Medianews.az
İspaniya öz meydanında İraqla
227 baxış

İspaniya öz meydanında İraqla BACARMADI

İspaniya və İraq arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

Medianews.az İdman.Biz-ə istinadən bildirir ki, oyun La Korunyadakı "Abanca-Riazor" stadionunda keçirilib və 1:1 hesabı ilə bitib.

Ev sahibi komandanın hücumçusu Ferran Torres 16-cı dəqiqədə hesabı açıb. Qonaq müdafiəçi Merjas Doski 27-ci dəqiqədə bərabərlik qolunu vurub.

Hər iki milli komanda 2026-cı il dünya çempionatında iştirak edəcək.

İspaniya milli komandası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) reytinqində ikinci, İraq milli komandası isə 57-ci yerdədir.

Bizə qoşulun