İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Fransa ilə keçiriləcək DÇ-2026-nın yarımfinal oyunu öncəsi qarşılaşmanın taleyini nəyin həll edəcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, mütəxəssis qələbənin formulunu sadə prinsiplərdə gördüyünü bildirib: "Futbol sadə oyundur. Başlıca hədəf öz oyun üslubunu rəqibə qəbul etdirmək və onun öz oyununu oynamasına mane olaraq neytrallaşdırmaqdır. Qarşıdakı matçda bunu hansı komandanın bacaracağını bilmirəm, amma bunu edənin qələbə şansı daha çox olacaq".
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq bu qarşılaşmadan bir gün sonra Argentina və İngiltərə milliləri digər yarımfinal matçına çıxacaq. Turnirin finalı isə iyulun 19-da keçiriləcək.
Medianews.az