Medianews.az
Əfsanəvi qapıçıdan Fransa matçı öncəsi
80 baxış

Əfsanəvi qapıçıdan Fransa matçı öncəsi AÇIQLAMA

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas komandasının DÇ-2026-nın yarımfinalında Fransaya qalib gələrək finala yüksələcəyinə inanır.

Medianews.az xəbər verir ki, Kasilyas bunu Kral İspaniya Futbol Federasiyasının Dallasda təşkil etdiyi və 2010-cu ilin dünya çempionlarının bir araya gəldiyi tədbirdə çıxış edərkəb deyib.

Kasilyas ölkəni ruhlandırmaq istədiklərini bildirib: "Biz millinin forması ilə unudulmaz anlar yaşamışıq və həmişə ispaniyalıların komandaları ilə qürur duyması üçün çalışmışıq. Yenidən dünya çempionatının finalında olacağımıza və formamızdakı ikinci ulduzun xəyalını quracağımıza əminik".

Qeyd edək ki, DÇ-2026-nın Fransa - İspaniya turniri çərçivəsindəki yarımfinal matçı iyulun 14-də, ABŞ-nin Arlinqton şəhərindəki "Ey-ti-end-ti" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Medianews.az

Bizə qoşulun