Həkim İen Smit sümük toxumasının sıxlığını qorumaq və osteoporoz riskini azaltmaq üçün qidalanmada hansı məqamlara diqqət yetirmək lazım olduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sümüklər 30 yaşdan sonra tədricən zəifləməyə başlayır.
Sümüklərin möhkəmliyi üçün kalsiumla yanaşı, mütləq şəkildə D vitamini də qəbul edilməlidir. Həkimin sözlərinə görə, kalsium "kərpicdirsə", D vitamini həmin kərpicləri lazım olan yerə çatdıran "yük maşınıdır". Əgər orqanizmdə D vitamini çatışmazsa, qəbul edilən kalsiumun yalnız 10-15%-i mənimsənilir. Kifayət qədər D vitamini olduqda isə bu göstərici 40%-ə yüksəlir.
Smit sümük sıxlığını qorumaq üçün rasiona qatıq, süd (o cümlədən soya südü), kəsmik, qızılbalıq, sardinya və tofunu daxil etməyi tövsiyə edir. Həmçinin zülal, maqnezium, C və K vitaminləri də sümüklərin sağlamlığı üçün mühüm rol oynayır.
Medianews.az