Medianews.az
İspaniya İsraildəki səfirini
102 baxış

İspaniya İsraildəki səfirini geri çağırdı

İspaniya hökuməti İsraildəki səfirini vəzifəsindən geri çağırıb.

Medianews.az xəbər verir ki, qərara əsasən səfirin vəzifədən çıxarılması bu gün təsdiqlənib və bundan sonra səfirliyi müvəqqəti olaraq işlər vəkili idarə edəcək.

Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi solçu hökumət ABŞ və İsrailin İranla bağlı əməliyyatlarını “təhlükəli və qanunsuz” hesab edərək ABŞ-a məxsus təyyarələrin İspaniyanın cənubundakı hərbi bazalardan istifadəsini qadağan etmişdi.

ABŞ prezidenti Donald Tramp isə 3 mart tarixində açıqlamasında İspaniyaya qarşı ticarət embarqosu tətbiq edə biləcəyini bildirmişdi.

Medianews.az

Bizə qoşulun