Medianews.az
İspaniya ABŞ ilə hərbi əməkdaşlığa razılaşıb? -
135 baxış

İspaniya ABŞ ilə hərbi əməkdaşlığa razılaşıb? - Rəsmi CAVAB

Ağ evin mətbuat katibi Karolin Levitt İspaniyanın ABŞ ordusu ilə əməkdaşlığa razılaşdığını bildirsə də, İspaniya hökuməti bu iddianı qəti şəkildə təkzib edib.

Medianews.az-ın məlumatına görə, Karolin Levitt açıqlamasında bildirib ki, İspaniya ABŞ Prezidenti Donald Trampın mesajını “aydın və açıq şəkildə anlayıb” və ABŞ ordusu ilə əməkdaşlığa razılaşıb.

Bu açıqlama ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares isə bu sözləri qətiyyətlə təkzib edərək bildirib ki, ölkəsinin mövqeyi dəyişməyib. Onun sözlərinə görə, İspaniya hökumətinin Yaxın Şərqdəki müharibə, İranda həyata keçirilən bombardmanlar və ölkə hərbi bazalarının istifadəsi ilə bağlı mövqeyi əvvəlki kimi qalır.

Nazir qeyd edib ki, mövcud ikitərəfli razılaşmadan kənar şəkildə İspaniya bazalarının istifadəsinə icazə verilməyəcək. Albares vurğulayıb ki, İspaniya öz xarici siyasət qərarlarını müstəqil şəkildə qəbul edən suveren dövlətdir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İspaniyanın İrana qarşı hücumlar zamanı öz bazalarından istifadəyə icazə vermədiyini bildirərək ölkəni iqtisadi sanksiyalarla hədələmişdi.

İspaniyanın baş naziri Pedro Sançes isə müharibəyə qarşı olduqlarını bildirərək, regionda sabitliyin yalnız diplomatiya və əməkdaşlıq yolu ilə təmin edilə biləcəyini deyib.

Medianews.az

 

 

Bizə qoşulun