İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır./AZƏRTAC