Medianews.az
İranda yanvar etirazılarının iştirakçısı
96 baxış

İranda yanvar etirazılarının iştirakçısı edam edildi - FOTO

İranda yanvar ayında keçirilən etiraz aksiyaları zamanı ölkənin təhlükəsizliyinə qarşı hərəkətlərdə iştirak ittihamı ilə saxlanılan Əli Fəhimin edam olunduğunu elan edib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə məhkəmə sistemi ilə əlaqəli olan "Mizan" agentliyi məlumat verib.

Bildirilib ki, Ə.Fəhim yanvarda digər üç nəfərlə birlikdə həbs olunub. Ölüm hökmündən əlavə məhkəmə həmçinin onun əmlakının müsadirəsi barədə də qərar qəbul edib.

Bildirilir ki, bu iş üzrə daha iki təqsirləndirilən şəxs - Məhəmməd-Əmin Biqleri və Şahin Vahedpərəst bir gün əvvəl edam olunublar.

Daha bir təqsirləndirilən şəxs Əbülfəzl Salehi Siyavaşani isə edam təhlükəsi altındadır.

Dindirmələr, vəkillərin işi və təqsirləndirilən şəxslərin məhkəmədəki müdafiəsi barədə məlumatlar açıqlanmayıb. İnsan haqları təşkilatları İran hakimiyyətini hökm çıxararkən təzyiq və işgəncə altında alınan etiraflardan istifadədə ittiham edir.

Edamların artması ilə bağlı beynəlxalq tənqidlərə baxmayaraq, KİV-in məlumatına görə, son günlərdə İranda edamlar demək olar ki, hər gün həyata keçirilir.//Oxu.Az

Bizə qoşulun