İran İslam Respublikasına yeni ali rəhbər seçilib.
Medianews.az xəbər verir ki, belə bir bəyanatla İranda ali rəhbəri seçən qurumun - Ekspertlər Şurasının üzvü ayətullah Əhməd Ələm əl-Xuda çıxış edib.
Lakin seçilən şəxsin adı hələ açıqlanmır.
Ələm əl-Xuda qeyd edib ki, Ekspertlər Şurasının hələ seçki keçirmədiyi, qərar vermədiyi barədə yayılan xəbərlər ağ yalandır.
Din xadimi bildirib ki, qərarın rəsmi elan edilməsi indi şuranın katibliyindən asılıdır. Katibliyə ayətullah Hüseyn Buşehri rəhbərlik edir.
Xatırladaq ki, İranın ikinci ali rəhbəri Əli Xamenei səkkiz gün əvvəl ABŞ və İsrailin hava zərbəsi zamanı öldürülüb.
Qeyd: Şəkildə ayətullah Əhməd Ələm əl-Xuda