İran Yaxın Şərqdəki Amerika universitetlərini vurmaqla hədələyib
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib.
Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Korpusun bəyanatına görə, ABŞ administrasiyasının İran universitetlərinə edilən hücumları pisləmək üçün 30 mart Tehran vaxtı ilə saat 12:00-a qədər vaxtı var. Əks halda, regiondakı Amerika təhsil müəssisələri hə dəfə çevrilə bilər, deyə iddia edilir.
Bəyanatda həmçinin qeyd olunur ki, Vaşinqtonun cavabından asılı olmayaraq - "bombalanan İran universitetlərinin qisası olaraq" Yaxın Şərqdəki iki Amerika universiteti məhv ediləcək. Bu müəssisələrin adları göstərilməyib./Oxu2.com