Medianews.az
İran müharibədə yeni silahdan istifadə etdi -
269 baxış

İran müharibədə yeni silahdan istifadə etdi - FOTOLAR

İran ABŞ və İsraillə davam edən qarşıdurma fonunda yeni pilotsuz uçuş aparatını – “Hədid-110” dronunu işə salıb.

Medianews.az Haberler.com-a istinadən xəbər verir ki, bu aparat ABŞ hərbi hədəflərinə qarşı əməliyyatlarda tətbiq olunmağa başlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun regiondakı ABŞ hərbi bazalarına hücumlarında ilk dəfə olaraq “Hədid-110” reaktiv mühərrikli pilotsuz uçuş aparatından istifadə etdiyi bildirilir.

İran mediasının məlumatına görə, bu dron əvvəl istifadə edilən “Şahid-136” modelinin daha inkişaf etmiş versiyası hesab olunur.

Məlumata görə, ““Hədid-110” turbojet mühərriki ilə təchiz edilib və saatda təxminən 510 kilometr sürətə çata bilir. Delta qanadlı quruluşa malik olan aparat İranın arsenalındakı ən sürətli pilotsuz uçuş vasitələrindən biri sayılır.

Hərbi analitiklər bildirirlər ki, dron əsasən hava hücumundan müdafiə sistemlərini aşmaq üçün hazırlanıb. Onların sözlərinə görə, əvvəlki modellə müqayisədə daha yüksək sürət və daha az radar görünürlüğü hədəfə çatma ehtimalını artırır.

Texniki göstəricilərə görə, “Şahid-136” dronu saatda təxminən 180 kilometr sürətə malikdir və təxminən 2000 kilometr uçuş məsafəsi ilə seçilir. “Hədid-110” isə daha sürətli olsa da, uçuş məsafəsi 350–400 kilometr civarındadır və havada təxminən bir saat qala bilir. Bu səbəbdən onun daha çox sürətli və taktiki əməliyyatlar üçün hazırlandığı bildirilir.

“Hədid-110” dronu ilk dəfə 2025-ci ilin fevralında təqdim olunmuş və beynəlxalq hərbi təlimlərdə sınaqdan keçirilmişdi. İran mediası bildirir ki, son hücumlarla birlikdə aparat ilk dəfə real əməliyyat şəraitində istifadə edilib.

ABŞ rəsmilərinin qapalı iclasda İran istehsalı pilotsuz aparatların regionda ciddi təhlükə yaratdığını və bəzi hallarda mövcud hava hücumundan müdafiə sistemlərinin onları tam zərərsizləşdirməkdə çətinlik çəkə biləcəyini qeyd etdikləri bildirilir.

Medianews.az

Bizə qoşulun