İranın Əhvaz şəhəri yaxınlığında ABŞ-ın "MQ-9 Reaper" zərbə PUA-sı vurulub.
Bu barədə “Tasnim” məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl İranın vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında fəaliyyət göstərən SEPAH Hərbi Hava Qüvvələrinin yeni nəsil qabaqcıl hava hücumundan müdafiə sistemi Əhvaz səmasında bir ədəd “MQ-9” pilotsuz uçuş aparatını vuraraq məhv edib”, - məlumatda qeyd olunub./axar.az