Böyük Britaniyada 35 yaşlı gəlin toy günü qardaşının həyat yoldaşı tərəfindən qara boya ilə hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə mərasimdən bir neçə dəqiqə əvvəl baş verib. Qohum vedrə dolusu boyanı gəlinin üzünə və bahalı paltarına tökərək qaçıb.
Paltar tamamilə korlanıb. Buna baxmayaraq, gəlin mərasimi dayandırmayıb. O, “Mən toyumu ləğv etməzdim, lazım olsa, üzüm boyalı halda da evlənərdim” deyib. Nikah mərasimi iki saat gecikmə ilə baş tutub, gəlin yeni paltarı kirayələməli olub.
Məlum olub ki, gəlinin qardaşının yoldaşı bu hərəkəti 2023-cü ildə öz toyunda baş vermiş insidentə görə intiqam məqsədilə edib. Məhkəmə onu 10 ay şərti həbsə məhkum edib, 5 min funt kompensasiya ödəməyə və 10 il ərzində zərərçəkmişə yaxınlaşmamağa məcbur edib.
Medianews.az
