Medianews.az
Instagram ucdan uca şifrələməni ləğv edir -
105 baxış

Instagram ucdan uca şifrələməni ləğv edir - SƏBƏB

Instagram 8 may tarixindən etibarən ucdan uca şifrələməni (E2EE) dayandıracaq.

Medianews.az xəbər verir ki, Meta istifadəçiləri şifrəli mesajlarını və digər məzmunlarını silinməzdən əvvəl saxlamağa çağırıb.

Ucdan uca şifrələmə yalnız göndərən və alan şəxsin mesajlara və fayllara daxil ola bilməsini təmin edən gizlilik texnologiyasıdır. Bu sistem WhatsApp, Messenger, Signal, X və Telegram kimi platformalarda da tətbiq olunur. Instagram-da o, mətn mesajlarını, şəkilləri, videoları, həmçinin səsli və görüntülü zəngləri qoruyurdu.

Meta dəyişiklikdən sonra istifadəçilərə şifrəli mesajlarını, şəkillərini və videolarını yükləməyi tövsiyə edir; əks halda bütün məlumatlar silinəcək. Şirkət qərarın səbəbini açıqlamayıb.

Ucdan uca şifrələmə uzun müddətdir müzakirə mövzusudur. Üstünlüyü şəxsi yazışmaların gizliliyini qorumasıdır, zəif tərəfi isə hüquq mühafizə orqanlarının cinayət və uşaq istismarı ilə bağlı istintaqlarını çətinləşdirməsidir.

Medianews.az

Bizə qoşulun