Medianews.az
Qorxudan ölmək mümkündür? -
66 baxış

Qorxudan ölmək mümkündür? - açıqlama

“Güclü qorxu nadir hallarda olsa da ölümə səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bunu cərrah Aleksandr Umnov deyib.

Həkimin sözlərinə görə, kəskin qorxu zamanı orqanizmdə böyük miqdarda adrenalin ifraz olunur. Bu isə damarların spazmına, təzyiqin kəskin yüksəlməsinə və ürəyə düşən yükün artmasına səbəb olur.

Mütəxəssis qeyd edib ki, ağır hallarda ürək ritmi pozula, hətta ürəyin qan dövranını dayandırdığı həyati təhlükəli vəziyyət yarana bilər. Xüsusilə ürək və beyin damarlarında spazm daha təhlükəli hesab olunur.

Medianews.az

Bizə qoşulun