İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinə istinadən məlumat verib.
Məlumata görə, ən azı 73 nəfər hələ də itkin düşmüş hesab edilir.
Xatırladaq ki, hadisə yanvarın 24-də Qərbi Bandunqda baş verib və ölənlərin sayı yeddi nəfər olub. Burada güclü yağışlar fonunda torpaq sürüşməsi Pasir Lanqu şəhərini təsir altına alıb.