Ramazan ayında uzun müddət ac və susuz qalındığı üçün imsakda düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır.
Medianews.az xəbər verir ki, mütəxəssislər maye itkisini azaltmaq üçün imsak süfrəsində ayranın qəbulunu tövsiyə edirlər.
Qatıqdan hazırlanan ayran tərkibində natrium, protein, kalium və müxtəlif vitaminlər saxlayır. Bu xüsusiyyətlərinə görə həm bədənin maye balansını qoruyur, həm də enerji ehtiyatlarını dəstəkləyir.
İmsakda ayran içməyin faydaları
- Orqanizmin uzun müddət susuz qalmasının qarşısını alır;
- Həzmi yaxşılaşdıraraq mədə və bağırsaqların fəaliyyətini dəstəkləyir;
- Bağırsaq mikroflorasını gücləndirir;
- Aclıq və susuzluq səbəbindən yaranan baş ağrısını azaltmağa kömək edir;
- Orqanizmin enerji ehtiyatını artıraraq immuniteti dəstəkləyir;
- Sümüklər və əzələlər üçün vacib olan kalsiumu təmin edir;
- Qan dövranını tənzimləməyə kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, imsak və iftar arasında düzgün qidalanma və kifayət qədər maye qəbulu gün ərzində halsızlıq və digər sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır.
Medianews.az