Medianews.az
“İmişli”dən növbəti
76 baxış

“İmişli”dən növbəti transfer

"İmişli" heyətini gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.

Medianews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı ilə 2 illik müqavilə imzalanıb. 

Sadiq peşəkar futbol karyerasına "Səbail"də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qapıçı, ötən mövsümü icarə əsasında "Difai" klubunda keçirib.

Qeyd edək ki, "İmişli" bu gün Fərid Nəbiyev və Bəxtiyar Həsənalızadənin transferini də açıqlayıb./Qol.az

Bizə qoşulun