Medianews.az
İlk dəfə: İranda ölənlərin sayı haqda rəsmi statistika elan olundu
128 baxış

İlk dəfə: İranda ölənlərin sayı haqda rəsmi statistika elan olundu

İran İslam Respublikasının rəsmi qurumları ötən il dekabrın 28-dən başlanan etiraz aksiyalarında ölənlərin rəsmi statistikasını açıqlayıb.

Medianews.az-ın məlumatına görə, dövlət televiziyası ilə elan olunan rəsmi açıqlamada etirazlar zamanı 3 min 117 nəfərin həlak olduğu bildirilib.

Ölənlərin 2 min 427 nəfərinin mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğu qeyd edilib.

Qalan şəxslərin kimliyinə, statusuna aydınlıq gətirilməyib.

Qeyd edək ki, aksiyada ölənlərin sayı ilə bağlı ilk dəfədir rəsmi statistika elan olunur.

Rəsmi rəqəmlər insan haqları qruplarının açıqladığı göstəricilərdən xeyli aşağıdır.

Medianews.az

Bizə qoşulun