Ekspertlər bildirirlər ki, göy gurultusu və ildırım zamanı telefonu elektrik şəbəkəsindən şarj etmək təhlükəli ola bilər.
Medianews.az xəbər verir ki, risk telefonun “ildırımı çəkməsi” deyil, ildırımın elektrik xətlərində yaratdığı güclü gərginlik sıçrayışıdır.
Mütəxəssislərin sözlərinə görə, ildırım elektrik naqilləri və metal konstruksiyalar vasitəsilə yayıla bilər. Bu isə şarj cihazının, telefonun və digər məişət texnikasının zədələnməsinə, nadir hallarda isə yanğın və ya elektrik vurmasına səbəb ola bilər.
Ekspertlər fırtına zamanı rozetkaya qoşulmuş cihazlardan istifadə etməməyi tövsiyə edir. Telefonu şarj olmadan istifadə etmək, həmçinin powerbank və ya elektrikə qoşulmayan noutbuk vasitəsilə enerji toplamaq təhlükəsiz hesab olunur.
Mütəxəssislər pis hava xəbərdarlığı olduqda smartfon, noutbuk və powerbankları əvvəlcədən doldurmağı məsləhət görürlər.
Medianews.az