Türkiyənin Bursa şəhərində iki gündür itkin düşən 25 yaşlı gəncdən acı xəbər gəlib.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaxınlarının müraciətindən sonra axtarışına başlanılan gəncin meyiti tapılıb.
Hadisə bölgəsində aparılan axtarış tədbirləri nəticəsində onun cansız bədəni aşkar edilib.
Məlumata görə, meyit ilkin baxışdan sonra ekspertiza aparılması üçün məhkəmə-tibb qurumuna göndərilib. Ölümün səbəbinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam etdirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başlanılıb. Gəncin ölüm şəraiti və hadisənin təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.
Medianews.az