Medianews.az
Hörmüz boğazında keçid məhdudlaşdırılmamalıdır –
100 baxış

Hörmüz boğazında keçid məhdudlaşdırılmamalıdır – Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ–İran gərginliyi və Hörmüz boğazı ilə bağlı bildirib ki, əsas məqsəd beynəlxalq keçidin açıq və maneəsiz qalmasıdır.

Medianews.az xəbər verir ki, bu barədə Hakan Fidan Anadolu Agentliyinə açıqlama verib.  

Nazir, qeyd edib ki, tərəflər ilkin mövqelərini ortaya qoyub və atəşkəs məsələsində səmimi görünür. O, danışıqlar uğurla başa çatacağı təqdirdə Hörmüz boğazı ilə bağlı problemin qalacağını düşünmədiyini vurğulayıb.

H.Fidan əlavə edib ki, Türkiyə münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Onun sözlərinə görə, bölgəyə beynəlxalq silahlı qüvvələrin cəlb olunması ciddi çətinliklər yarada bilər.

Medianews.az

 

Bizə qoşulun