Prezidentin köməkçisi Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində çalışan jurnalistlərə təşəkkür edib.
Medianews.az xəbər verir ki, Hikmət Hacıyev forumun informasiya təminatında medianın rolunu xüsusi vurğulayıb. O bildirib ki, tədbirin dünya ictimaiyyətinə operativ və peşəkar şəkildə çatdırılmasında jurnalistlərin əməyi böyük olub.
Prezidentin köməkçisi qeyd edib ki, yerli və xarici media nümayəndələri forum boyunca yüksək peşəkarlıq nümayiş etdirərək tədbirin geniş auditoriyaya çatdırılmasına mühüm töhfə veriblər.
Hikmət Hacıyev jurnalistlərin gecə-gündüz çalışdığını vurğulayaraq onların fəaliyyətini yüksək qiymətləndirib və media nümayəndələrinə təşəkkürünü çatdırıb.
Qeyd edək ki, WUF13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçı, ekspert və media nümayəndəsi Bakıda bir araya gəlib.
Müşfiqə Bayramova
Medianews.az