Həkim-endokrinoloq Zuhra Pavlova müntəzəm olaraq yumurta yeməyin Altsheymer xəstəliyi (yaddaş itkisi) riskini əhəmiyyətli dərəcədə azaltdığını bildirib.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, yumurtanın tərkibində beyin fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən xolin, lütein və zeaksantin kimi maddələr var. Bu komponentlər yaddasın qorunmasında, öyrənmə proseslərində iştirak edir və beyin hüceyrələrini oksidləşdirici stressdən qoruyur.
Tədqiqatlara istinad edən həkim yumurta qəbulunun tezliyi ilə demensiya (ağıl zəifliyi) riski arasındakı əlaqəni rəqəmlərlə bölüşüb:
-
Ayda bir neçə dəfə yumurta yemək riski 17 faiz azaldır;
-
Həftədə bir neçə dəfə yemək riski 20 faiz azaldır;
-
Hər gün müntəzəm qəbul etmək isə riski 27 faiz aşağı salır.
Medianews.az