Medianews.az
Helikopter qəzaya uğrayıb -
129 baxış

Helikopter qəzaya uğrayıb - Ölən var

Polşanın cənubunda “Robinson R44 Raven” modelindən olan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində hava nəqliyyat vasitəsinin pilotu həyatını itirib.

Medianews.az xəbər verir ki, bu haqda “Wirtualna Polska” portalı yerli polis idarəsinə istinadən xəbər verir.

Malopolsk inzibati vilayətində ucqar ərazidə düşən helikopterin dağıntıları artıq xilasetmə qrupu tərəfindən aşkar edilib. Həlak olan şəxs 30 yaşlı pilot olub.

İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub. Polis qəza səbəbləri ilə bağlı araşdırmaya başlayıb.//Trend 

Bizə qoşulun