Medianews.az
Hansı xallar təhlükəlidir? -
96 baxış

Hansı xallar təhlükəlidir? - Onkoloq əlamətləri açıqladı

Onkoloq Andrey Kaprin bildirib ki, ölçüsünü, formasını və ya rəngini dəyişən hər bir xal mütləq həkim tərəfindən yoxlanılmalıdır.

Medianews.az xəbər veirr ki, mütəxəssisin sözlərinə görə, xalda böyümə, qanama, qaşınma, qabıqlanma və ya rəng dəyişikliyi müşahidə olunarsa, bu, ciddi müayinə üçün əsas siqnaldır.

O, belə hallarda vaxtında həkimə müraciətin vacibliyini vurğulayıb.

Kaprin həmçinin qeyd edib ki, melanomanın inkişaf riski xüsusilə çox sayda xalı olan, açıq dərili, açıq rəng göz və saçlara sahib olan, eləcə də ailəsində bu xəstəliklə bağlı tarixçəsi olan insanlarda daha yüksəkdir.

Medianews.az 

Bizə qoşulun