Medianews.az
Hamı seçim eləyib, qalıb bir ölkə -
103 baxış

Hamı seçim eləyib, qalıb bir ölkə - “Avroviziya 2026”

Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinə qatılası 35 ölkənin yalnızı biri - Ermənistan hələ təmsilçisini müəyyən etməyib.

Medianews.az bildirir ki, Azərbaycan yarışa Cəmilə Həşimovanı yollayır. Bu, ölkənin 18-ci sınağıdır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu yarımfinalı keçə bilməyib.

“Avroviziya 2026”nın birinci yarımfinalında (12 may) Belçika, Estoniya, Finlandiya, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, Litva, Moldova, Monteneqro, Polşa, Portuqaliya, San Marino, Serbiya, Yunanıstan, ikinci yarımfinalında (14 may) Albaniya, Avstraliya, Azərbaycan, Bolqarıstan, Çexiya, Danimarka, Ermənistan, İsveçrə, İtaliya, Kipr, Latviya, Lüksemburq, Malta, Norveç, Rumıniya, Ukrayna yarışacaq.

Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulacaq.

İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Medianews.az

Bizə qoşulun