Məşhur müğənni Hadisə Ramazan ayı üçün UNICEF ( BMT-nin Uşaq Fondu) ilə birgə hazırladığı video paylaşımında Türkiyəni yardıma ehtiyacı olan ölkə kimi göstərməsi səbəbindən sosial mediada tənqid hədəfinə çevrildi.
Medianews.az-ın məlumatına görə, Hadisə qısa zamanda videonu silib və UNICEF ilə əməkdaşlığı dayandırıb.
O, yayılan əsassız ittihamlara qarşı hüquqi proses başlatdığını açıqlayıb.
Məsələ ilə bağlı onun vəkili bildirib ki, bəzi sosial media hesabları Hadisəyə aid olmayan ifadələri yayaraq linç kampaniyası aparıb.
Vəkil qeyd edib ki, Hadisənin vergi və şirkət fəaliyyəti ilə bağlı iddialar tamamilə əsassızdır və onun şəxsi hüquqları pozulur. Hadisə sənətini davam etdirəcəyini və sistematik yalan, böhtan və nifrət kampaniyalarına qarşı hüquq müstəvisində mübarizəyə davam edəcəyini vurğulayıb.
Medianews.az
