Medianews.az
Gürzə sancması zamanı bu səhvlərdən
115 baxış

Gürzə sancması zamanı bu səhvlərdən uzaq olun

Zəhərli ilan sancmaları zamanı düzgün davranış həyati əhəmiyyət daşıyır. Xüsusilə gürzə sancması zamanı edilən səhvlər vəziyyəti daha da ağırlaşdıra bilər.

Medianews.az Foodinfo.az-a istinadən xəbər verir ki, infeksionist Vladimir Neronovun sözlərinə görə, ilk növbədə ən çox yayılan yanlış üsullardan qaçmaq lazımdır. Yarını kəsmək, zəhəri sormağa çalışmaq və ya qan çıxarmaq həm faydasızdır, həm də infeksiya riskini artırır.

Həkim bildirir ki, sancılan nahiyəyə turniket (sıxıcı sarğı) qoymaq qətiyyən olmaz. Bu, toxumaların qan dövranını pozaraq ağır fəsadlara, hətta amputasiyaya səbəb ola bilər. Eyni zamanda, buz qoymaq və ya nahiyəni soyutmaq da tövsiyə edilmir, çünki bu, toxuma zədələnməsini artıra bilər.

Bundan əlavə, spirtli içkilər qəbul etmək və həkim təyinatı olmadan dərmanlardan istifadə etmək təhlükəlidir. Spirt zəhərin orqanizmdə daha sürətlə yayılmasına səbəb ola bilər, bəzi dərmanlar isə simptomları gizlədərək vəziyyəti çətinləşdirir.

Mütəxəssis vurğulayır ki, sancmadan sonra aktiv hərəkət etmək, qaçmaq və ya panikaya düşmək də düzgün deyil. Ən doğru addım sakit qalmaq, mümkün qədər az hərəkət etmək və dərhal tibbi yardım çağırmaqdır.

Bizə qoşulun